Xəbərlər
Prezident İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Mənəvi Dəyərlərin Təbliği Fonduna 6100,0 min (altı milyon yüz min) manat ayrıldı.