Xəbərlər
Şahin Mustafayev: Azərbaycan Çin ilə Avropa arasında daşınan yüklərin 10-15 faizini ölkəyə cəlb etmək istəyir

Azərbaycan Çin ilə Avropa arasında daşınan yüklərin 10-15 faizini ölkəyə cəlb etmək istəyir.
Bu barədə fevralın 13-də keçirilən mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
O bildirib ki, Çin ilə Avropa arasında 2016-cı ildə 100 milyon tondan çox yük daşınıb. Bu yüklərin 10-15 faizinin Azərbaycandan keçməklə daşınmasına nail olmaq istəyirik.
Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da fəaliyyətə başlayıb.