YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlir və xərcləri təsdiq olunub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin gəlirləri 11 milyard 559 milyon 956,2 min manat, xərcləri isə 9 milyard 730 milyon 221,8 min manat məbləğində təsdiq edilib.

Prezident İlham Əliyev dekabrın 28-də “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında” Fərman imzalayıb.

Fərmana görə, gələn il ARDNF-in gəlirlərinin 9 milyard 723 milyon 786,1 min manatının Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərin, 3 milyon 612 min manatının karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişlərinin, 16 milyon 340 min manatının neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin, 1 milyard 42 milyon 46,1 min manatının fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin, 774 milyon 172 min manatının isə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar hesabına formalaşacaq.

2018-ci ildə Dövlət Neft Fondundan 200 milyon manat qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin, 9 milyard 216 milyon manatı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddinə, 90 milyon manatı Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin, 176 milyon 128 min manatı Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin, 16 milyon 218 min manatı “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 31 milyon 875,8 min manatı isə fondun idarə edilməsi ilə bağlı xərclərinə sərf olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv