Xəbərlər
Cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirilib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib.
Tikintilərin aparıldığı ərazilərə baxış keçirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlar verib.