YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanın müasir tarixini Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil

«Bu il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam oldu. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 25 il öncə partiyamızın yaradılması Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biridir. Bütövlükdə, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir. 25 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir. Məhz bu möhtəşəm gücün qazandığı nəticələrdən biri kimi bu il partiyamızın üzvlərinin sayının 700 min nəfəri ötdüyünü məmnunluqla deyə bilərik». Bu fikirləri yap.org.az saytına Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.  

Əli Əhmədov bildirib ki, partiyamızın 25 illik yubileyi respublikamızın bütün guşələrində böyük təntənə ilə qeyd olundu. Partiyamızın rayon təşkilatları, Gənclər Birliyi və Qadınlar Şurası bu istiqamətdə bir çox tədbirlər keçirdilər, layihələr reallaşdırdılar. Onun sözlərinə görə, partiyamızın 25 illik yubileyi ümumrespublika səviyyəsində də qeyd olundu. Bu münasibətlə Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin iştirakı ilə təntənəli mərasim təşkil olunub. Həmin mərasimdə partiyamızın Sədri İlham Əliyevin çox maraqlı və genişməzmunlu çıxışında keçilən yola çox yüksək qiymət verilib, YAP-ın Azərbaycanın ictimai və siyasi həyatındakı böyük və vacib rolu birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, partiyamızın bundan sonrakı dövr ərzində qarşısında duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

«Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində möhtəşəm bir tarix yaradıb. Qarşımızda isə yenə də şərəfli bir yol dayanır. Azərbaycanın müasir tarixini, insanlarımızın taleyini, həyatını Yeni Azərbaycan Partiyasından, onun uğurlu fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bu 25 il ərzində, xüsusilə də Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda baş verən bütün mütərəqqi, müsbət dəyişikliklər, inkişafı özündə əks etdirən bütün faktlar, Azərbaycanın müstəqil dövlətinin qurulması və onun iqtisadi və sosial cəhətdən inkişafı, ölkəmizin simasının köklü surətdə yenilənməsi, müasirləşməsi, ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi və saya biləcəyimiz bugünkü həyatımızı, dövlətimizin gerçəkliklərini, inkişafını əks etdirən bütün müsbət, pozitiv cəhətlərin hər biri birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Onun titanik fəaliyyəti ilə, 2003-cü ildən sonra isə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsində bu irəliləyişlər əldə edilibdir.

Əldə olunan nailiyyətlər, yaradılmış baza Yeni Azərbaycan Partiyasının böyük ictimai dəstəyi və nüfuzu, siyasi çəkisi, partiyamızın sıralarında birləşən insanların say etibarilə çox olması, əhalinin Yeni Azərbaycan Partiyasının üzvü olmayan təbəqələrinin YAP-ın ideyalarını, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləməsi bundan sonrakı dövrdə də Yeni Azərbaycan Partiyasının həyatının, fəaliyyətinin və bundan sonra yaşayacaq tarixinin də uğurlu olacağına şəksiz inam yaradır»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv