YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Partiyamızın gənc üzvləri ölkəmizin həyatının bütün sahələrində fəal iştirak edirlər

«Yeni Azərbaycan Partiyası ötən 25 ildə çox böyük siyasi qüvvəyə çevrilib. Partiyamızın gənc üzvləri ölkəmizin həyatının bütün sahələrində fəal iştirak edirlər». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü  Seymur Orucov edib.

S.Orucov bildirib ki, YAP üzvlərinin 40 faizini gənclər təşkil edir. «Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, Azərbaycan gəncliyinin sabahına daha inamla baxmağa əsas verir»- deyə, S.Orucov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv