Partiya xəbərləri
Ağcabədidə “700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası davam edir
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-illik yubileyi münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində Ağcabədi rayonunda ağacəkmə aksiyası uğurla davam edir.
Keçirilən növbəti ağacəkmə kampaniyası Ağcabədi-Zərdab magistral yolunun kənarında, Ağcabədi Meşə Mühavizəsi və Bərpası müəssəsinin ərazisində keçirilib. Aksiyada Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli Məclisin deputatı Tahir Rzayev, YAP fəalları, müəssisə və təşkilat rəhbərləri, 300 nəfərdən artıq nümayəndəsi iştirak ediblər. İməclik zamanı 200 həmişəyaşıl, 220 tut tinqi əkilib və suvarılıb.
Həmin gün Ağcabədi rayon Meşə Mühavizəsi və Bərpası Müəssisəsinə məxsus ərazisində isə 2000 heyva, nar, alça, badam, xurma və ərik ağacları əkilib.
Bütövlükdə “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Ağcabədi rayon təşkilatı fəallarının iştirakı ilə 9620 ağac əkilib. Aksiya 2018-ci ilin may ayına qədər davam edəcək.