Partiya xəbərləri
Göygöl rayonunda “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya kecirilib

Göygöl rayonunda Yeni Azərbaycan Partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya kecirilib.
Aksiyada YAP Göygöl rayon təşkilatının fəalları, rayon ictimayyətinin nümayəndələri və Meşə Mühafizəsi Bərpası müəssisəsinin işciləri aktiv iştirak ediblər. Göygöl Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ayırdığı ərazidə keçirilən aksiyada 1000 dənə şam ağacı əkilib. Aksiya zamanı, həmçinin ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılmış, yeni əkilən ağaclar suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Əkilən ağacların inkişafı üçün onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür.