Partiya xəbərləri
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “700 min ağac əkək" kampaniyası çərçivəsində növbəti aksiya keçirib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Kürdəmir rayon təşkilatı növbəti ağacəkmə aksiyası keçirib. "700 min ağac əkək" kampaniyası çərçivəsində ekoloji mühitin sağlamlaşdırılması məqsədilə həyata keçirilən ağacəkmə aksiyasında YAP Kürdəmir rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri, həmçinin Gənclər Birliyinin üzvləri iştirak ediblər. Rayon təşkilatının üzvləri tərəfindən Kürdəmir rayonunun park və meydanlarında 2000 ədəd ağac əkilib. Əkilən ağaclar suvarılıb. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.