Xəbərlər
Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının yeddinci plenar iclası keçiriləcək
Dekabrın 8-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yeddinci plenar iclası keçiriləcək.
Bu barədə Qırğızıstan parlamenti-Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.
Tədbirdə TürkPA-nın üzvü olan ölkələrin parlament sədrlərinin iştirakı nəzərdə turulur.
İclasda müşahidəçi kimi Macarıstan parlamenti sədrinin müavini iştirak edəcək. Qurumun fəaliyyəti müddətində Özbəkistan və Türkmənistan TürkPA-nın iclasına qonaq kimi qatılacaq.
İclasda TürkPA-nın gələcək fəaliyyəti, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, genişləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Tədbirin yekununda birgə Bəyannamənin qəbul ediləcəyi gözlənilir.
İclasda TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.
Tədbir çərçivəsində Qırğızıstan parlamentinin sədri Dastanbek Cumabekovun Azərbaycan, Qazaxıstan, Türkiyə, Macarıstan və Özbəkistan parlamentlərinin sədrləri ilə görüşləri gözlənilir.