YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləği 20 faiz artırılacaq

2018-ci ilin dövlət büdcəsinin layihəsində siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləğinin 20 faiz, yəni, 500 min manat artırılaraq 3,1 milyon manata, qeyri-hökumət təşkilatlarına nəzərdə tutulan maliyyə yardımının məbləğinin 600 min manat və yaxud 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq 5,6 milyon manata çatdırılması təmin olunacaq.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.