YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan dövləti Dağlıq Qarabağın müstəqilliyin tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır

“Tbilisidə Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüs qaydasında açılıb və bu sərginin təşkilində dövlət strukturları iştirak etməyib”.

Bu məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstanın müvafiq dövlət strukturlarına müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən olan 7 rəssamın əl işlərindən ibarət “Dirçəliş” adlı sərginin açılışından narahatçılıq ifadə etmişdir.

Sərgi Gürcüstandakı erməni apostol kilsəsinin nəzdindəki “Ayartun” mərkəzində Ermənistanın diaspor nazirliyinin və “tekeyan mərkəzinin” dəstəyi və “Şuşa şəhəri Muzeyi”nin təşkilatçılığı ilə açılıb.

Gürcüstan XİN-nin məlumatında daha sonra deyilir: “Gürcüstan Dağlıq Qarabağı müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bizim məlumatımıza görə, sərgidə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb. Konkret olaraq sərginin təşkilinə gəldikdə isə, bu sərgi şəxsi təşəbbüs əsasında açılıb və bu təşəbbüsə heç bir dövlət strukturu qoşulmayıb”, - deyə XİN-in məlumatında vurğulanır.