Xəbərlər
Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi istiqamətləri müzakirə olunub
İqtisadiyyat naziri Şahin Mustafayevin "Ziraat Bank Azərbaycan" ASC-nin rəhbəri Avni Demirçi ilə görüşündə Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətləri müzakirə edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Türkiyənin "Ziraat Bankı" ilə bağlı təqdimat keçirilib və bankın Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral da iştirak edib.