Xəbərlər
Kosta Rikanın xarici işlər və etiqad naziri Azərbaycana səfərə gəlir
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz noyabrın 28-29-da Azərbaycan Respublikasında səfərdə olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Manuel Qonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər ilə görüşü keçiriləcək. Nazir, həmçinin Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılışında iştirak edəcək.