YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyanın dövlət naziri: Əminəm ki, Azərbaycanla müxtəlif sahələrdə əlaqələrimiz genişlənəcək

Böyük Britaniyanın dövlət naziri Alan Dunkan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammiti qabağı fikirlərini bölüşüb.

Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Alan Dunkan ötən illər ərzində bu tərəfdaşlığın sarsılmaz qaldığını qeyd edib. O deyib ki, Birləşmiş Krallıq öhdəliyinə sadiq qalaraq BP başda olmaqla Xəzər dənizində neft sahəsini və qaz sənayesini inkişaf etdirməyə yardım göstərib. Ötən 25 il ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri və “Cənub Qaz Dəhlizi” layihəsi əməkdaşlığımızın görünən əlamətləridir. Bu layihələr Azərbaycanın inkişafına xidmət edir.

Alan Dunkan ölkələrimiz arasında mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafına da toxunub. O, əmin olduğunu bildirib ki, xalqlarımızın əlaqələri incəsənət, ədəbiyyat, musiqi, təhsil, idman sahələrində də genişlənəcək. Dövlət naziri vurğulayıb ki, biz faydalı islahatların davam etdirilməsi baxımından Azərbaycan ilə Avropa İttifaqı arasında sıx əlaqələri əhəmiyyətli addım olaraq görürük.