Xəbərlər
Əhliman Əmiraslanov: 2018-ci ilin dövlət büdcəsi mükəmməl və peşəkarlıqla hazırlanıb
«2018-ci ilin dövlət büdcəsi mükəmməl və peşəkarlıqla hazırlanıb». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, büdcədə 20 faiz artımın olması ölkəmizin iqtisadi yüksəlişindən xəbər verir. Eyni zamanda, büdcə layihəsinin üçdə birinin sosial sahəni əhatə etməsi ölkə başçısının bu sahəyə olan diqqətinin göstəricisidir.
«Təhsil xərclərinin artırılması bu sahədə həyata keçirilən islahatları sürətləndirəcək. O cümlədən, Milli Elmlər Akademiyasına ayrılan xərclərin də artması elmin inkişafına töhfə verəcək»- deyə, komitə sədri vurğulayıb.