Xəbərlər
Mahmud Məmməd-Quliyev: Aİ və Azərbaycan arasında aviasiya sazişi yaxın zamanlarda imzalana bilər
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.