Xəbərlər
Azərbaycanın xarici işlər naziri Efiopiyada səfərdədir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri Vorkene Qebeyehu və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Elmar Məmmədyarov Efiopiyanın paytaxtı Əddis- Əbəbə şəhərində Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarında olacaq, Afrika İttifaqının sədri və komissarları ilə görüşəcək.