Xəbərlər
Müdafiə naziri Zakir Həsənov Brüsseldə beynəlxalq tədbirdə iştirak edəcək
Noyabrın 9-da Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində görüş keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, toplantıda Azərbaycanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edəcək.
Tədbirdə Z.Həsənovun Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.