YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Assambleyasının sədri: Azərbaycan Pakistan üçün qardaş ölkədir

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənın Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirən səfir iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu qeyd edib.

Əli Əlizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistan Milli Assambleyası (PMA) tərəfindən Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qarşılıqlı olaraq həyata keçirilən və keçiriləcək yeni layihələr, əməkdaşlıq imkanları haqqında məlumat verən səfir parlamentlərarası əlaqələrin daha da inkişafı istiqamətində hər iki ölkənin qanunverici orqanlarının rəhbərlərinin və dostluq qruplarının səylərinin zəruri olduğunu, PMA ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

Sərdar Ayaz Sadiq Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu deyib, Azərbaycan ilə əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın Ermənistanı bir ölkə olaraq tanımadığını qeyd edən Sərdar Ayaz Sadiq Ermənistanın əks səylərinə baxmayaraq, Pakistanın Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.