Xəbərlər
Bakıda Azərbaycan-İran hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilir
Oktyabrın 24-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələr müzakirə olunur.
Görüş oktyabrın 25-dək davam edəcək.