YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Milli mətbuatımız öz dəyərlərinə sadiqdir

«Azərbaycan dövləti medianı idarəçiliyin əsas vasitəsi hesab edir və onun dördüncü hakimiyyət missiyasına ciddi yanaşır». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

 Ə.Amaşov bildirib ki, ümumən media fəaliyyəti mahiyyətcə ədalətin bərqərar olmasına, güclənməsinə çağırış motivlidir və maarifləndiricidir. İstər nəzəri, istərsə də praktik cəhətdən bu, hər bir dövlət üçün sərfəli modeldir.

«Bəzi Qərb dairələrinin yanlış və məqsədli təqdimatlarının əksinə olaraq Azərbaycan özünütəcrid vəziyyətində deyil, ola da bilməz. Aşkarlığın, şəffaflığın mühüm göstəricisi olan müstəqil mediasız isə Azərbaycan modeli ümumiyyətlə yoxdur. Bu, idarəçiliyin təbiətindən, xalqın ruhundan, mahiyyətindən irəli gələn xüsusiyyətdir. Bu mənada hazırda Azərbaycanda tam formalaşmış  azad  mətbuat öz dəyərlərinə sadiqdir. Bu dəyərlər sırasında milli və dövlət maraqları hər bir məsələdən üstündür»- deyə, Ə.Amaşov vurğulayıb.