Xəbərlər
Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək

Belarus iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində oktyabrın 17-də Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.
AZPROMO-dan bildiriblər ki, biznes-foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.