YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Abdullayev: Ermənilər istənilən vəziyyətdə münaqişənin həlli prosesinə xələl gətirməyə cəhd edir

«Yezidi kürdlərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz yerləşdirilməsi istiqamətindəki cəhdlər danışıqlar prosesinə mane olur və IV Cenevrə Konvensiyasına ziddir». Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev keçirdiyi brifinqdə deyib.

E.Abdullayev bildirib ki,  bu kimi cəhdlərə və hərəkətlərə keçmişdə də yol verilib. Onun sözlərinə görə, belə faktlar ATƏT missiyasının insanların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz yerləşdirilməsi faktlarının araşdırılmasına dair hesabatında öz əksini tapıb.

«Dəfələrlə bəyan etmişik ki, ermənilər istənilən vəziyyətdə münaqişənin həlli prosesinə xələl gətirməyə, eyni zamanda status-kvonun uzadılmasına cəhd edir. Buna işğal olunan ərazilərdə ermənilərin dağıdıcı əməllərini misal çəkmək olar. Azərbaycan Xarici İşlər Nazirliyi artıq beynəlxalq təşkilatları Ermənistanın yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağda və ona bitişik işğal edilmiş ərazilərdə qanunsuz yerləşdirilməsi cəhdləri haqqında məlumatlandırıb»- deyə, E.Abdullayev qeyd edib.