Xəbərlər
Hikmət Çətin: Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkana çevrilib
Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən gənclərin bir araya gələrək vacib məsələləri müzakirə etməsi üçün çox əlverişli şərait yaradır. Bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
O qeyd edib ki, dünyada mövcud problemlərin həll edilməsi üçün dialoqa, təcrübə və fikir mübadiləsinə böyük ehtiyac var: “Bu baxımdan Qlobal Gənc Liderlər Forumu əhəmiyyətli platformadır. Gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir”.
H.Çətin bildirib ki, Azərbaycan bu cür qlobal tədbirlərin keçirildiyi bir məkana çevrilib: “Bakıda çoxlu sayda qlobal forumlar və digər tədbirlər keçirilir. Əlbəttə bu, Azərbaycanın dünyada sülhün və sabitliyin bərqərar olunmasına verdiyi çox önəmli bir töhfədir”.