Xəbərlər
Bakıda ilk dəfə olaraq Beynəlxalq Şən və Hazırcavablar Klubunun yay festivalı keçiriləcək
Bakıda ilk dəfə Azərbaycan, Rusiya, Gürcüstan, Tatarıstan və başqa dövlətlərin tanınmış komandalarının iştirakı ilə “Bakı tətilləri” adlı Beynəlxalq Şən və Hazırcavablar Klubunun (ŞHK) yay festivalı keçiriləcək.
Festivalda Azərbaycanı ölkəmizin çoxsaylı titullara sahib olan “Sbornaya Baku” komandası təmsil edəcək. Tədbirdə ölkəmizin müxtəlif ali məktəblərinin gənclərdən ibarət komandaları da iştirak edəcək.
Festival çərçivəsində Azərbaycan regional ŞHK liqasının yarımfinal görüşləri keçiriləcək.
Yarımfinal çərçivəsində qala-konsertin aparıcısı Aleksandr Maslyakov (oğul), Liqanın baş redaktoru Dmitri Kolçindir.
Tədbir iştirakçılarını və qonaqları maraqlı intellektual oyunlar, idman yarışları, musiqili gecələr, Xəzər sahilində istirahət gözləyir.
Festivalın rəsmi açılışı avqustun 29-da olacaq. Sentyabrın 2-də isə qala-konsert, Azərbaycan regional ŞHK liqasının yarımfinalı və festivalın rəsmi bağlanışı keçiriləcək.