YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avropa Şurasına üzv ölkələrlə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçiriləcək

 Sentyabrın 10-11-də Bakıda Avropa Şurasına üzv ölkələrdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfrans keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə Şuraya üzv ölkələrin əmək və sosial müdafiə sahəsi üzrə hökumət qurumlarının məsul şəxsləri iştirak edəcək.
2001-ci ildən AŞ-nın üzvü olan Azərbaycan Respublikası ötən müddətdə təşkilatın insan hüquqları, həmçinin sosial hüquqlarla bağlı mühüm sənədlərini ratifikasiya edib. Həmin sənədlərin, o cümlədən insanların mühüm sosial hüquqlardan istifadəsinə əlverişli şəraitin yaradılmasını nəzərdə tutan Sosial birlik üzrə Strategiyanın və Fəaliyyət Planının prinsiplərinin icrası sahəsində Azərbaycanda məqsədyönlü işlər görülür, sosial qanunvericilik qabaqcıl Avropa dəyərlərinə uyğunlaşdırılır. Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa Şurasının aidiyyatı üzrə Sosial Birlik Komitəsi ilə fəal əməkdaşlıq həyata keçirir.