YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Vəliməmmədov: Görülən işlər bölgələrdə sahibkarlığın inkişafına güclü dəstək verir

Bu ilin ötən dövründə sahibkarlara 67,4 milyon manat həcmində güzəştli kredit verilib. Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov deyib.

A.Vəliməmmədov bildirib ki, bu vəsait  924 sahibkarlıq subyektini əhatə edir. Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi regionların payına düşür.

«Güzəştli kreditlər hesabına bölgələrdə xeyli müəssisələr, təsərrüfatlar yaradılır. Bütün bunlar da yeni iş yerlərinin açılmasına səbəb olur. Bütövlükdə görülən işlər, bölgələrdə sahibkarlığın inkişafına güclü dəstək verir»- deyə, A.Vəliməmmədov qeyd edib.