YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Bu gün aqrar sektorda istehsal olunan məhsulların çox hissəsi Rusiya bazarlarına çıxarılır

«Yeni texnikalar fermerlərə 40 faizli güzəştlə satılır. Bundan əlavə, torpaq sahiblərinə yardım etmək məqsədilə gübrələrin satışında da güzəştlər artırılaraq 50 faizdən 70 faizə yüksəldilib». Bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Hazırda kənd təsərrüfatının digər sahələrində - toxumun, dərman preparatlarının güzəştli satışı üzərində iş aparıldığını bildirən H.Əsədov bildirib ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı məsələləri geniş müzakirə mövzusudur. Onun sözlərinə görə, bu gün aqrar sektorda istehsal olunan məhsulların çox hissəsi Rusiya bazarlarına çıxarılır. Bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək məqsədilə bu yaxınlarda Azərbaycan və Rusiya hökumətləri səviyyəsində danışıqlar aparılıb»- deyə, nazir vurğulayıb.