YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Kolumbiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqini qəbul edib.

Xarici işlər naziri Mariya Anxela Olqin Azərbaycanda artıq Kolumbiya səfirliyinin açıldığını və burada Sakit Okean Alyansına daxil olan ölkələrdən Peru və Meksika ilə birlikdə fəaliyyət göstərdiklərini məmnunluqla qeyd etdi. Azərbaycanın böyük imkanlara malik ölkə olduğunu deyən Mariya Anxela Olqin əməkdaşlığımızın genişləndirilməsi üçün birgə işləməyə hazır olduqlarını bildirdi. Qonaq Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu, digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinə maraq göstərdiklərini vurğuladı. Ölkəsində gedən proseslər barədə dövlətimizin başçısına məlumat verən Mariya Anxela Olqin Kolumbiyada uzun müddətdir davam edən münaqişə nəticəsində sülh sazişinin əldə edilməsindən sonra quruculuq işlərinə başlanıldığını, kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirildiyini qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda da regionların və kənd təsərrüfatının inkişafının əsas prioritetlərdən biri olduğunu vurğuladı, bu istiqamətdə aparılan islahatlardan danışdı.

Görüşdə Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın iqtisadiyyat, kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulandı, hər iki ölkənin bu əlaqələrin genişləndirilməsinə maraq göstərdiyi qeyd edildi.

DİGƏR Xəbərlər Arxiv