Xəbərlər
Hadi Rəcəbli: Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca sosial sahədə yeni-yeni addımlar atılır
«Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasət ciddi nəticələr verməkdədir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, sosial sahədə həyata keçirilən siyasət nəticəsində aztəminatlı insanların sosial müdafiəsi əhəmiyyətli dərəcədə güclənir. Onun sözlərinə görə, bu istiqamətdə ildən ilə mühüm qərarlar qəbul edilməkdədir.
«Azərbaycan dövlətinin maliyyə imkanları genişləndikcə, iqtisadi potensialı artdıqca sosial sahədə yeni-yeni addımlar atılır. Bu isə birbaşa vətəndaşların sosial rifahının güclənməsinə xidmət edir»- deyə, komitə sədri vurğulayıb.