Partiya xəbərləri
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının növbəti IX konfransı keçirildi
İyunun 13-də Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının növbəti IX konfransı keçirildi. Konfransda YAP Siyasi Şurasının üzvü, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev, rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev iştirak ediblər.
Konfransda YAP rayon təşkilatının sədri Elçin İsmayılov hesabat məruzəsi ilə çıxış edib. O, qeyd edib ki, rayon təşkilatı 87 ərazi ilk partiya təşkilatında 7200 nəfəri öz ətrafında birləşdirir.Üzvlərin 3847 nəfəri qadınlar, 2085 nəfəri gənclər təşkil edir.
Daha sonra hesabat məruzəsi ilə YAP Goranboy rayon təşkilatının nəzarət-təftiş qrupunun sədr müavini Maksim Bayramov çıxış etdi.
Konfransda rayon təşkilatının şura üzvü Rüstəm Budaqov, ilk partiya təşkilatının sədri Gündüz Hacıyev, Qadınlar Şurasının sədr müavini Yeganə Məmmədova YAP-ın fəaliyyəti barədə geniş çıxış etdilər və təşkilatın hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş etdiklərini vurğuladılar.
Konfransda Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev YAP-ın fəaliyyəti barədə geniş danışdı.
Konfransda çıxış edən İki Sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Səs qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın yaranma tarixi barədə çıxış etdilər.
Sonra konfransda təşkilati məsələyə baxıldı.YAP Goranboy rayon təşkilatının 31 nəfərdən ibarət şurası, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi.
Elçin İsmayılov yenidən YAP Goranboy rayon təşkilatının sədri seçildi.
Konfransda həmçinin 11 nəfərdən ibarət idarə heyəti və təşkilatın sədr müavinləri seçildi.
Sonda YAP sıralarına qəbul olan bir qrup gəncə YAP-ın üzvlük vəsiqəsi təqdim olundu. Bir qrup fəal YAP üzvü isə Fəxri Fərmanla təltif edildi.