Partiya xəbərləri
YAP Astara rayon təşkilatının X konfransı keçirilib
Mayın 30-da Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının X konfransında təşkilatın IX konfransından ötən dövr ərzində gördüyü işlər barədə danışılıb.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Konfransda YAP-ın yaradıcısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədovun hesabat məruzəsi dinlənilib.
Ölkənin ən çətin dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının respublikamızın ictimai-siyasi həyatında yeni mərhələnin, yeni tarixin başlanğıcını qoyduğunu vurğulayan F.Əhmədov YAP-ın ümumxalq partiyasına, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, sıralarında 7200 nəfərdən çox partiya üzvünü birləşdirən YAP Astara rayon təşkilatı rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal rol oynayır.
Bildirilib ki, hesabat dövründə ərazi ilk partiya təşkilatlarının sayı 150-yə çatdırılıb. Bu dövrdə 1600 nəfər partıya sıralarına qəbul edilib. Partiya üzvlərinin yarısını gənclər və qadınlar təşkil edir.
Konfransda, həmçinin nəzarət-təftiş qrupunun hesabat məruzəsi dinlənilib.
Müzakirələrdə YAP Siyasi Şurasının üzvü, MM-in deputatı Mirkazım Kazımov, Milli Məclisin deputatı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadə, YAP Astara rayon təşkilatının gənclər birliyinin sədri Tural Eyvazov, qadınlar şurasının sədri Yasəmən Rəsulova və başqaları çıxış ediblər.
Konfransda təşkilati məsələlərə baxılıb. Firudin Əhmədov yenidən YAP Astara rayon təşkilatının sədri, həmçinin 53 nəfərdən ibarət şura və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilib.