YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının VIII konfransı keçirildi

Mayın 26-da Yeni  Azərbaycan  Partiyası  Saatlı  rayon  təşkilatının  növbəti VIII konfransı keçirildi.

Konfransda YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev hesabat məruzəsi ilə çıxış etdi. O, qeyd etdi ki, YAP Saatlı rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatında 9442 nəfəri öz ətrafında birləşdirir. Üzvlərin  2720 nəfəri hesabat dövrü ərzində partiya sıralarına qəbul olunublar ki, onların sırasında 3284 nəfərini gənclər və 3042 nəfərini isə qadınlar təşkil edirlər. Rayonda bütün seçki məntəqələrinin yerləşdiyi ərazilərdə YAP ilk partiya təşkilatları fəaliyyət göstərir. Hesabat dövründə YAP Saatlı rayon təşkilatı işin təşkilində Ümummilli Lider Heydər Əliyevin ideyalarını, Azərbaycan  Respublikasının  Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli nitqlərini, İcra Katibliyinin tövsiyyə və tapşırıqlarından irəli gələn vəzifələri əsas fəalliyyət istiqaməti kimi qəbul edərək daim rəhbər tutulduğunu vurğuladı.

Sonra hesabat məruzəsi ilə YAP Saatlı rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Rahib Salahov çıxış etdi.

Konfransda çıxış edən YAP Saatlı rayon təşkilatının Şura üzvü Oqtay Məmmədov, Gənclər Birliyinin sədr müavini, Saatlı bələdiyyəsinin üzvü Mehriban Ağayeva, Günəşli ilk partiya təşkilatının sədri Camasıddin Əhmədov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.

Saatlı rayon İcra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək qeyd etdi ki, YAP-ın yaranma tarixndən, partiyanın əldə etdiyi nailiyyətlədən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib.

Konfransda çıxış edən Milli məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verdi. Bu gündə də partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Konfrans YAP Saatlı rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdi və qarşıdakı dövr üçün fəaliyyət proqramını müəyyənləşdirdi.

Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. YAP Saatlı rayon təşkilatının 45 nəfərdən ibarət Şurası, 7 nəfərdən ibarət nəzarət təftiş qrupu  seçildi. Lütvəli Şıxəliyev yenidən YAP Saatlı rayon təşkilatının sədri seçildi.