YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatında “Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibəti ilə “Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. N.Əhmədov  müstəqil Azərbaycan parlamentinin yaranması tarixinə də toxunaraq, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və s. tarixi şəxsiyyətlərin bu proseslərdə aparıcı rol aldıqlarını deyib və qeyd edib ki, o dövrdə aparılan ardıcıl işlər nəticəsində Azərbaycanın gerbi, himni və dövlət bayrağı qəbul olunub. Lakin 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprel tarixində süquta uğradı.

“Bu gün müstəqil Azərbaycanımız məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq inkişaf və tərəqqi yolunu tutmaqdadır””-deyə vurğulayan Namiq Əhmədovun sözlərinə görə, məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti, iradəsi sayəsində 1991-ci ildə bərpa edilən müstəqilliyimizin itirilmək təhlükəsi aradan qaldırılıb: «Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev müstəqil Azərbaycanımızın inkişaf yolunu uğurla davam etdirməklə yanaşı, onun adını dünyanın bütün ölkələrində tanıdıb. Həmçinin, cənab İlham Əliyev Azərbaycanın tarixini yaşadan mühüm qərarlara imza atmaqda davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi buna bariz sübutdur. Artıq, gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçımız sərəncam imzalayıb və xalqımız qarşıdan gələn ildə bu bayramı böyük təntənə ilə qeyd edəcək».

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva və Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxışlarında 99 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı bir sıra tarixi aspektlərə toxunaraq, bu tarixin ümumilikdə Azərbaycan xalqı və dövlətçiliyi üçün önəmli və qürur mənbəyi olduğunu vurğulayıblar.