Partiya xəbərləri
YAP Mərkəzi Aparatında müşavirə keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi diqqətə çatdırılaraq qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilib.