Xəbərlər
İstanbulda Ulu Öndərin xatirəsi yad olunub
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.
Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan ziyarətdə diplomatlar, rəsmi şəxslər, şəhər ziyalıları, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki rəsmi nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb.
Tədbir iştirakçıları bu ərazidə yerləşən Türkiyə Respublikasını banisi Mustafa Kamal Atatürkün büstünü də ziyarət edərək önünə də gül dəstələri qoyulublar.