YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Koreya Prezidenti Mun Ce-inə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti  Mun Ce-inə, Koreya Respublikasının Prezidenti vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Mən Koreya Respublikası ilə ikitərəfli və çoxtərəfli əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirəm. Məmnunluqla qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlər ötən illər ərzində çoxşaxəli və dinamik xarakter almışdır. Dost ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığımızın müxtəlif sahələrdə, xüsusilə də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə uğurlu inkişafı diplomatik münasibətlərimizin 25 illik dövrünü səciyyələndirir.

İnanıram ki, birgə səylərimizlə ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra daha da möhkəmləndirəcək və genişləndirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqına daim sülh və rifah arzulayıram”.