YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyanın müəllifi Oleq Kuznetsovla görüş keçirilib

Məlum olduğu kimi Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib. Hazırda petisiyanın imzalanmas ıprosesi davam edir.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu gün  bu məsələ ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə belə bir petisiyanın hazırlanmasının əhəmiyyətindən bəhs edib və ədalətli mövqeyinə görə O.Kuznetsovun bu addımını təqdir edib.

Çıxış edən O.Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı petisiyanın aktuallığından danışıb. O, Azərbaycan vətəndaşlarını, o cümlədən gəncləri petisiyaya qoşulmaqda fəal olmağa çağırıb.

Tədbirdə Azərbaycan Prezidenti Adminsitrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axunduv, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Tahir Məmmədov və digərləri çıxış edərək məsələnin aktuallığını vurğulayıblar. Çıxış edənlər ictimaiyyətin bu petisiyaya daha fəal qoşulması üçün fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, bu aksiya Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanınmasında mühüm addımlardan biridir.