Xəbərlər
Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 94 illiyi ilə bağlı elmi-praktik seminar keçirilib
Mayın 3-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda elmi-praktik seminar keçirilib.
Mərkəzin direktoru Anar Ələkbərov tədbiri açaraq elmi-praktik seminarın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edildiyini bildirib.
Mərkəzin Azərbaycan tarixinin və mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirdiyi layihələrdən söz açan Anar Ələkbərov burada müxtəlif mövzuları əhatə edən beynəlxalq konfransların, forumların və seminarların təşkil olunduğunu qeyd edib. Vurğulayıb ki, həmçinin mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir. Mərkəzdə bu sahədə bir çox tədbirlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi sayəsində reallaşır.
Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, irsini əks etdirən muzeyin fəaliyyət göstərdiyini qeyd edən Anar Ələkbərov deyib: “Burada həm böyüməkdə olan gənc nəslə, həm də şəhərimizin qonaqlarına müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Ulu öndər Heydər Əliyev həyatını xalqımıza, ölkəmizin inkişafına həsr edib. O, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə ölkəmizin tərəqqisinə böyük önəm verib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyanın bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib. Ümummilli Liderə həsr olunan tədbirlərin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Çünki onun zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, təşviqi və hərtərəfli inkişaf etdirilməsi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir”.
2014-cü ildə Mərkəzdə ilk dəfə olaraq “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrespublika bilik yarışının təşkil edilməsi ilə gözəl ənənənin təməlinin qoyulduğunu diqqətə çatdıran Anar Ələkbərov deyib: “Sevindirici haldır ki, müsabiqəyə maraq göstərən iştirakçılarımızın sayı ildən-ilə artmaqdadır. Heydər Əliyev irsinin daha geniş auditoriyalara təqdim edilməsi, gənclərin vətənpərvərlik ruhunda böyüməsi məqsədilə 2015-ci ildən Heydər Əliyev məktəblərinin yaradılmasına başlanılıb. Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev və Mədəniyyət və İncəsənət Məktəbi, Masallı “ASAN xidmət” kompleksi nəzdində Heydər Əliyev İncəsənət Məktəbi yaradılıb”.
Qeyd edilib ki, “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsinə 2014-cü il dekabrın 10-da start verilib. Mütəmadi olaraq müxtəlif mövzularda təşkil olunan seminarlar Heydər Əliyev irsinin, Ümummilli Liderin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətlidir.
Anar Ələkbərov Heydər Əliyevin gənc yaşlarından xüsusi xidmət orqanlarında çalışdığını, Azərbaycan sərhədlərini qarış-qarış gəzdiyini, müstəqillik illərində milli sərhəd strategiyasını yaratdığını, gənc kadrlara diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Seminarda çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan sərhəd mühafizəsinin ya¬ranması, formalaş¬ması və müasir səviyyəyə yüksəlməsi bilavasitə Ümummilli Liderin adı ilə bağlıdır. “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər ya¬şayacaqsa, o qədər də onun sər-hədləri olacaq və o qədər də sər¬hədləri qorumaq lazım olacaqdır”, – deyən Ulu Öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti qələbələrə ruh¬landırıb.
Elçin Quliyev bildirib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstə¬qil¬lik illərində əldə olunmuş nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl fəaliyyəti təşkil edir. Heydər Əliyev SSRİ dönəmində sərhəd mühafizəsi və hərbçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssas yanaşıb. Bu münasibətin Azərbaycanın müstəqilliyinə hesablanmış uzaq¬¬görənlikdən qay-naq¬lanması da bir həqiqətdir.
DSX-nın rəisi deyib: “Tarixə nəzər salaq. SSRİ dövründə silahlı qüvvələrdə, Sər¬həd Qoşun¬ların¬da milli kadrların xidməti inkişafına qeyri-rəsmi məh¬dudiyyətlər ya¬ra¬dıl¬dığı bir dövrdə Dövlət Təhlükəsizliyi Komi¬təsi kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin xidməti inkişafına Ulu Öndər tərəfindən xü¬susi diqqət yetirilib, onların yüksək vəzifələrə irəli çəkilmələri təmin olun¬ub. Belə ki, 1967-ci ilə qədər milliy¬yətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər – Mustafa Nəsirov pol¬kovnik rütbəsində olduğu halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdı. O dövrdə Heydər Əliyevin gələcəyə hesablanmış qərar¬larından biri də SSRİ Sər¬həd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qo-şun his¬sə¬¬sinin Bakıda yaradılması olub”.
Elçin Quliyev vurğulayıb ki, milli silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının pe¬şəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müs¬təs¬na əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçı¬van¬ski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hər¬bi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar ye¬tişdirmək məqsədilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hər¬bçi hazırlamış, SSRİ dönəmində ittifaqın hər yerində qeyri-rəsmi olaraq Heydər Əliyev məktəbi kimi tanınan bu təhsil oca¬ğının milli ordu quruculuğunda danılmaz xidmətləri var.
DSX-nın rəisi diqqətə çatdırıb ki, Ümummilli Liderin 1993-cü ildə Azərbaycan rəh¬¬bərliyinə qayıdışından sonra bü¬tün sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarında da mühüm islahatlar dövrü başlandı. İlk vaxtlar təcrübəsiz¬lik, ixtisaslı zabitlərin çatışmazlığı çətinliklər yaratsa da, mülki həyatdan gəlmiş zabit və gizirlər sərhədçi peşəsinə yiyə¬ləndilər. Ali Baş Komandanın çağırışı ilə sərhədçilərin böyük bir his¬səsi könüllü olaraq torpaqlarımızın erməni işğalçılarından azad edil¬məsi uğrunda döyüşlərə yollandı. Sərhədçilərdən ibarət xüsusi təyinatlı tabor Ağdərə istiqamətində mərdliklə vuruşdu.
Elçin Quliyev bildirib ki, müstəqillik yollarında uğurla addımlayan dövlətimizə qarşı yönəl¬miş dövlət çevrilişi cəhdlərinin qarşısının alın¬¬¬ma¬sında da Azər¬baycan sərhədçiləri Ali Baş Komandana və hərbi anda sa¬diqlik nümayiş etdirdilər.
Milli Sərhəd Qoşunlarının əsasən formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində görülmüş tədbirlər nəticəsində Rusiya Federasiyası və Gürcüstan ilə dövlət sərhədində Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəs¬tələri yaradıldı, şəxsi heyətin dö¬yüş hazırlığının yük-səldilməsi və qoşunların maddi-texniki təmina¬tının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmağa başlanıldı. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd avia¬si¬yasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşı¬laşdırılması üçün zəruri baza yaradıldı.
Həmin dövrdə dahi öndərin siyasi məharəti və qətiyyətli möv¬qeyi nəticəsində MDB-nin xarici sərhədlərinin birgə qorunma¬sı adı altında əcnəbi sərhəd mühafizə qüvvələrinin ölkə ərazisində yenidən yerləşdirilməsinin qarşısı alındı və Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya nümayiş etdirildi.
Elçin Quliyev xatırladıb ki, Heydər Əliyev 2002-ci il iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidentinə birbaşa tabe olan, daha çevik və effektiv dövlət orqanının - Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidmətinə yeni vəzifələr tapşırılıb və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlanılıb.
“Bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti fəaliyyətin göstəricilərinə görə təkcə regionda deyil, Avro¬pa miqyasında aparıcı mövqelərə çıxıb. Bu nailiyyət müəllifi dahi öndər olan milli sərhəd təhlükəsiz¬liyi strategiya¬sı¬nın Azər-baycan Respublikasının Prezidenti İlham Əliye¬vin Ali Baş Komandanlığı altında həyata keçirilməsinin real nəticəsidir”, - deyə DSX-nin rəisi bildirib.
Elmi-praktik seminarı canlı videobağlantı (telekörpü) vasitəsilə Heydər Əliyev Mərkəzinin Masallı rayonu “ASAN Həyat” kompleksi nəzdində yaratdığı Heydər Əliyev İncəsənət Məktəbində cənub regionunun gəncləri də izləyiblər.