YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının X konfransı keçirilib

Aprelin 15-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının X konfransı keçirilib.

Konfransda YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov  hesabat məruzəsi ilə çıxış edib. YAP-ın zəngin inkişaf yolu haqqında danışan Namiq Əhmədov  qeyd etmişdir ki,  1993-cü ildə təsis konfransını keçirən YAP Xəzər rayon təşkilatı ötən dövrdə sıralarını xeyli genişləndirmişdir. Qeyd olunmuşdur ki, YAP Xəzər rayon təşkilatı öz sıralarını daim genişləndirərək, partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir. Sədr öz çıxışında daha sonra bildirmişdir ki, YAP-ın Xəzər rayon təşkilatı YAP-ın V Qurultayında qəbul edilmiş qərarların, eləcə də, partiyanın İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirmişdir. Namiq Əhmədov nəzərə çatdırmışdır ki, rəhbəri olduğu rayon təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışmış, 2015-ci ildə keçirilmiş parlament seckilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə  və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi- referendumda  üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.  

Hesabat məruzəsindən sonra Nəzarət-Təftiş qrupunun hesabatı dinlənilib. 

Daha sonra konfransda Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının birinci vitse -prezidenti İsa Həbibbəyli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov  çıxış edərək YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, YAP-ın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə həyata keçirilir. 

Konfransda Heydər Əliyev Fondunun Xəzər rayonundakı nümayəndəsi Elmar Mədətov iştirak edib. 

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının konfransında həmçinin, təşkilati məsələlər müzakirə edilmişdir.

YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov yenidən YAP Xəzər rayon təşkilatının sədri seçilmişdir. 

Konfransda yeni tərkibdə rayon təşkilatının Şura və İdarə Heyəti seçilmişdir.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.