YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi “31 Mart Azərbaycanlıların soyqırımı” günü ilə əlaqədar tədbir keçirmişdir

Yeni Azərbaycan Partiyası  Gənclər Birliyi partiyanın Yasamal rayon təşkilatında “31 Mart Azərbaycanlıların soyqırımı” günü  ilə əlaqədar tədbir keçirmişdir. 

Tədbir iştirakçıları 31 mart soyqırım faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə tarix elmləri doktoru, professor Anar İsgəndərov azərbaycanlılara qarşı törədilən soyqırımla əlaqədar geniş məzurə ilə çıxış edib. A.İsgəndərov bildirib ki, 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin xalqımıza qarşı həyata keçirdikləri soyqırım faktları Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının arxiv sənədlərində öz əksini tapır”. Onun sözlərinə görə, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “31 mart azərbaycanlıların soyqırımı haqqında”  Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir. 

Sonra YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri  Seymur Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası  Gənclər Birliyi tək 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı deyil, eləcə də bir çox mövzularda   tədbirlər təşkil edir: “Biz bəlkə də yeganə dövlətlərdən biriyik ki, ildə üç dəfə matəmlə, Azərbaycana qarşı baş vermiş soyqırımlarla (20 yanvar, 26 fevral Xocalı Soyqırımı və 31 Mart Azərbaycanlıların soyqırımı günü”) bağlı tədbirlər həyata keçiririk. Hər il Azərbaycanda adları sadalanan tarixlər anılır. Eləcə də bir çox Qərb, qonşu dövlətlərdə tədbirlər, anım günləri, konfranslar keçirilir. Bir sözlə, bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlər davam edir ”.