YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Həmsədrlər işğalçı Ermənistanı öz adı ilə çağırmalıdırlar

«ATƏT-in Minsk qrupu Daglıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını bəyan edir. Amma nəticə isə yoxdur». Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və AŞPA-nın 1416 saylı qətnaməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiq edir.

«Həmsədrlər tez-tez regiona səfər edirlər. Son sözləri də bu olur ki, bu münaqişənin həlli Ermənistan və Azərbaycandan asılıdır. Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul edib. Ermənistan isə hələ də buna öz münasibətini bildirməyib, sülh danışıqlarını hər vasitə ilə uzatmağa çalışır. İşğalçı dövlət bununla da Azərbaycanı müharibəyə cəlb etməyə təhrik edir. Əgər həmsədrlər, digər beynəlxalq qurumlar müharibənin yenidən başlanmasını istəmirlərsə ikili standartlara son qoymalı, işğalçı Ermənistanı öz adı ilə çağırmalıdırlar»- deyə, F.Qasımova qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv