YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatların görüşü keçirilə bilər

Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlarla görüş keçirilə bilər.

Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar keçirdiyi brifinqdə bildirib ki, yaxın gələcəkdə Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlarla görüşün keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Onun sözlərinə görə, bununla bağlı Fransa Senatının sədri ilə görüş olub və onun bu məsələdəki müsbət rəyi alınıb: “Hesab edirik ki, bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu, hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar”.

O qeyd edib ki, parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilmişdi: “Lakin görüş baş tutmamışdı. Əsas gözləntimiz odur ki, münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilsin. Münaqişə Azərbaycanda stabilliyə çox mənfi təsir göstərir. Bu regionda gərginliyin hökm sürməsinə səbəb olur. Gözləntimiz görüşdə sadalanan neqativlərin aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq”.

 

DİGƏR Xəbərlər Arxiv