YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cocuq Mərcanlıda 428 qəlpə, “Qrad” raketinin hissələri və partlamamış hərbi sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər. Ümumilikdə 428 qəlpə, 6 partlamış “Qrad” raketinin mühərrik hissəsi və 1 partlamamış hərbi sursat (93 millimetrlik tank əleyhinə idarə olunmayan raket “PQ-7VL”) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Nəticədə 113 min 133 kvadratmetr ərazi (23 min 33 kvadratmetr əl ilə, 12 min 100 kvadratmetr mexaniki üsulla və 78 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

ANAMA-dan bildiriblər ki, 18 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 29 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Altı partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, iki ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi və bir ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VL” raketi) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 241 min 359 kvadratmetr ərazi (78 min 259 kvadratmetr əl ilə, 85 min 100 kvadratmetr mexaniki üsulla və 78 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Yanvarın 1-dən fevralın 21-dək agentlik tərəfindən Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 32 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1522 partlamamış hərbi sursat, 34 tank və 2 piyada əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 270 min 353 kvadratmetr ərazi (107 min 253 kvadratmetr əl ilə, 85 min 100 kvadratmetr mexaniki üsulla və 78 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı ilə) yoxlanılıb.

DİGƏR Xəbərlər Arxiv