YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Bu sərəncam Azərbaycan dövləti tərəfindən həyata keçirilən humanizm siyasətinin təntənəsidir

«Azərbaycan Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Sərəncamı hüquqi islahatların növbəti mərhələsinin göstəricisidir». Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası nəticəsində penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində mühüm dəyişikliklərin əsası qoyulacaq.
 «Sərəncama əsasən, Ədliyyə Nazirliyinin nəzdində Probasiya xidməti yaradılır. Bu xidmət şərti və alternativ cəzaların çəkilməsinə ümumi nəzarəti həyata keçirəcək. Bununla yanaşı, elektron nəzarət sisteminin tətbiqi də nəzərdə tutulub ki, bu da olduqca mütərəqqi yanaşmadır. Cinayət törətmiş məhbuslar elektron brosletlər vasitəsilə nəzarətdə saxlanılacaqlar. Sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrinin hazırlanması tövsiyə olunub. Bununla da ictimai təhlükə yaratmayan cinayətlər törətmiş şəxslərə qarşı alternativ cəzaların tətbiq edilməsinə şərait yaranacaq. Ümumiyyətlə, bu sərəncam Azərbaycan dövləti tərəfindən həyata keçirilən humanizm siyasətinin təntənəsidir»- deyə, A.Quliyev vurğulayıb.