Xəbərlər
Azay Quliyev: Azərbaycanda QHT-lərin fəaliyyəti üçün çox münbit şərait yaradılıb

«Azərbaycan QHT-sinin BMT-də yüksək status qazanması çox sevindirici haldır». Bu fikri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, belə yüksək statuslar almaq böyük iş, əmək və etimad qazanmaq bacarığı tələb edir. Onun sözlərinə görə, ümumilikdə QHT-lərin inkişafında və yüksək nəticələr əldə etməsində dövlətin bu sektora göstərdiyi dəstəyin də mühüm rolu var.
«Bu gün Azərbaycanda QHT-lərin fəaliyyəti üçün çox münbit şərait yaradılıb. Dövlətimizin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək artıq öz nəticələrini göstərir və Azərbaycan QHT-ləri beynəlxalq aləmdə öz yerlərini tuturlar»- deyə, şura sədri qeyd edib.