YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

31 Mart soyqırımı xalqımıza qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Kiçik düşüncələri ilə “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri tarix boyu Azərbaycan xalqına qarşı soyqırımlar törətmiş, işğalçılıq siyasəti aparmışlar. Bu soyqırımların ən dəhşətlisi 1918-ci ilin martında törədilmişdir.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Göyçay, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksutyun” partiyasından olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı hadisəsi törətmiş, bu qanlı hadisə nəticəsində Bakıda 12 min soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan, Göyçay qəzalarında və  digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Xalqın istək, arzu və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev ermənilərin törətdiyi soyqırıma prinsipial yanaşma nümayiş etdirmişdir. İlk dəfə məhz Ulu Öndər Heydər Əliyev 1918-ci ildə törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət vermişdir. “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı bunun bariz nümunəsidir.

Heydər Əliyevin təşəbbüsü ilə 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya ictimaiyyətinin diqqətinə çatdrılması istiqamətində mühüm işlər başladılmış, bu proses hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri soyqırımlar, cinayətlər, vandalizm aktları faktlarla beynəlxalq aləmin diqqətinə çatdırırlır, bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görülür. Dövlətimizin başçısı 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun 31 Mart soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirildiyi layihələr olduqca əhəmiyyətlidir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq bütün şəhidlərimizin, o cümlədən 31 Mart soyqırımı zamanı qətlə yetirilmiş günahsız insanların qisasını almış oldu.

DİGƏR Xəbərlər Arxiv