YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan nümayəndə heyəti İranda səfərdədir

İran İslam Respublikasının Məşhəd şəhərinin 2017-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinin açılış mərasimi keçirilib. Dünyanın 51 ölkəsindən 250-dən çox ictimai-siyasi xadimin, eləcə də İranın ölkə və vilayət rəsmilərinin iştirak etdikləri mərasim Məşhəd şəhərindəki İmam Rza ziyarətgahının Qüds zalında keçirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Naxçıvan Muxtar Respublikasının Dini İşlər üzrə İdarəsinin rəisi Vüqar Babayev təmsil edirlər.

Qeyd edək ki, “İslam mədəniyyəti paytaxtları” proqramını təsdiq edən qətnamə ISESCO-nun təklifi ilə 2001-ci ildə Qətərin paytaxtı Dohada keçirilmiş III konfransda qəbul edilib. Bu sənədə əsasən, İslam mədəniyyətinin paytaxtı İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyətinin paytaxtı” elan olunub. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın paytaxtı Bakı 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” seçilib. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasına dair qərar qəbul edilib.