Xəbərlər
Gömrük orqanları tərəfindən dövlət büdcəsinə 732 mln. 809 min manat məbləğində vəsait daxil olub
Bu ilin birinci yarısında gömrük orqanları tərəfindən dövlət büdcəsinə 732 mln. 809 min manat məbləğində vəsait daxil olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin birinci yarısından 14% çoxdur.
İlin birinci yarısında gömrük orqanlarının büdcəyə ödədiyi vəsaitin 70%-i və ya 513 mln. 028 min manatı əlavə dəyər vergisi üzrə daxil olan vəsait olub. Hesabat dövründə büdcəyə ödənilən vəsaitin 184 mln. 468 min manatı gömrük rüsumları üzrə daxil olan məbləğin payına düşüb.
Yanvar-iyun aylarında aksizlər üzrə büdcəyə 27 mln. 432 min manat, yol vergisi üzrə 7 mln. 880 min manat vəsait daxil olub.